Şimali İrlandiyanın hökumət başçısı Pol Qiven istefa verdiyini açıqlayıb.
Bakıvaxtı.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, o bu qərarı Birləşmiş Krallığın Avropa İttifaqından çıxması haqqında sazişin bir hissəsi kimi imzalanmış Şimali İrlandiya Protokolunun icrası ətrafında davam edən fikir ayrılıqları fonunda verilib.
Pol Qiven sabahdan - fevralın 4-dən səlahiyyətlərinin icrasını dayandıracağını bəyan edib.
















