• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Şimali Kiprdə aeroportun açılışını Ərdoğan edəcək

DÜNYA

09 Iyul 2023 | 20:35 | Müəllif: Subhan Mahmudov

Şimali Kiprdə aeroportun açılışını Ərdoğan edəcək

İyulun 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şimali Kipr Türk Respublikasında yeni aeroport istifadəyə veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin infrasturktur və nəqliyyat naziri Əbdülqədir Uraloğlu deyib.

O bildirib ki, hava limanının tikintisinə 400 milyon avro xərclənib.

"Paytaxt Nikosiyada Türkiyəni ŞKTR ilə, ŞKTR-ni isə dünya ilə birləşdirəcək yeni Ercan Hava Limanı iyulun 20-də prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi mərasimdə istifadəyə veriləcək.

"400 milyon avroluq sərmayə sayəsində hava limanının tutumu 10 milyon sərnişindir. 3,1 min metrlik uçuş-enmə zolağı bütün sərnişin təyyarələri modellərinin istifadəsi üçün əlverişlidir. Ümumilikdə, 30 təyyarə dayanacağı var", - deyə nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026