• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Nigerdəki hərbi rejim BMT nümayəndələrini ölkəyə buraxmadı

DÜNYA

08 Avqust 2023 | 16:42

Nigerdəki hərbi rejim BMT nümayəndələrini ölkəyə buraxmadı

Nigerdəki hərbi rejim BMT, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS) və Afrika İttifaqı nümayəndələrinin ölkəyə girişinə icazə verməyib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Al Jazeera” telekanalı yayıb.

Qeyd edək ki, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS) nümayəndələri Nigerdəki üsyançılara ultimatum təqdim edərək, onları avqustun 6-dək devrilmiş prezident Məhəmməd Bazuma hakimiyyəti qaytarmağa çağırıblar.

Xatırladaq ki, Nigerdə ​​üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin, partiyalara hər hansı siyasi fəaliyyət göstərməyi qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını və iyulun 28-də general Abdurahman Çianini Nigerin yeni lideri elan ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026