• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Maşının qabağını kəsib qızı qaçırdılar

DÜNYA

07 Sentyabr 2023 | 16:17

Maşının qabağını kəsib qızı qaçırdılar

Cənubi Amerikanın Ekvador ölkəsi olan Kevedoda silahlı şəxslər bir qızı qaçırıblar.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı yayılan təhlükəsizlik kamerası görüntülərində 3 qız şagirdin məktəbə getdiyi avtomobilin silahlı basqınçılarla birlikdə başqa bir avtomobil tərəfindən dayandırıldığı görülüb.

3 təcavüzkar 12 yaşlı qızı silah gücü ilə öz maşınlarına mindiriblər.

Yerli mətbuatın məlumatına görə, təcavüzkarlar qızı yanlış adamı qaçırdıqlarını əsas gətirərək saatlar sonra buraxıblar.

Hücum edənlərin şəxsiyyətləri açıqlanmasa da, hadisə ilə bağlı araşdırma başladılıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR