• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Hindistanda yeni növ COVID-19 aşkar edildi

DÜNYA

08 Avqust 2023 | 19:30 | Müəllif: Subhan Mahmudov

Hindistanda yeni növ COVID-19 aşkar edildi

Hindistanın COVID-19 Genomik Konsorsiumu, hazırda İngiltərədə sürətlə yayılan Eris adlı koronavirusun yeni alt variantının ölkədə halları barədə məlumat verdi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb.

Nəşr qeyd edir ki, EG.5.1 ştammı “Omicron” yarımnövündən gəlir, ilk dəfə 2023-cü ilin martında aşkar edilib, iyulda isə ilk dəfə Böyük Britaniyada müəyyən edilib.

Nəşr vurğulayır ki, əvvəlcə ştamm narahatlıq yaratmasa da, alimlər onun yayılma sürətindən, həmçinin yoluxmuş insanların sayının artmasından narahatdırlar.

Konsorsiumun bir üzvü vurğulayıb ki, Hindistanda insanlar Eris ilə xəstələnirlər  , lakin bu günə qədər narahat olacaq bir şey yoxdur.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə 54 yeni koronavirus daşıyıcısı aşkarlanıb, nəticədə ölkə üzrə aktiv xəstələrin ümumi sayı 1574-ə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026