• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zelenski Niderlandın Baş naziri ilə DANIŞDI

DÜNYA

08 Avqust 2023 | 17:54

Zelenski Niderlandın Baş naziri ilə DANIŞDI

Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Mark Rutte ilə danışıqlar aparıb. 

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna lideri bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər G7 ölkələrinin təşəbbüsü çərçivəsində Ukrayna üçün gələcək ikitərəfli təhlükəsizlik təminatlarını müzakirə ediblər. 

Zelenski Rutteyə döyüş meydanındakı vəziyyət barədə də danışıb.

Bundan əlavə, tərəflər Səudiyyə Ərəbistanında Ukrayna üzrə sammiti müzakirə ediblər.

Həmçinin bildirilib ki, Rutte Zelenskini Ciddədə Ukrayna ilə bağlı uğurlu görüş münasibətilə təbrik edib. O əlavə edib ki, Amsterdam Kiyevə, xüsusən də ukraynalı pilotlara Amerika F-16 qırıcılarını idarə etmək üçün təlim keçən tərəfdaşlarla əməkdaşlıq sahəsində də kömək edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026