Yüksək hərarət, baş ağrısı, maye itkisi və ürək bulanması kimi simptomlarla ortaya çıxan xəstəlikdə, bəziləri qol və ayaqlarında qızartı ilə xəstəxanaya yerləşdirilib. Xüsusilə dünyanın ən çox əhalisi olan ikinci ölkədə uşaqların “sürətli” ölümünə səbəb olan xəstəlik dünyanı qorxuya saldı.
Bakıvaxtı.az xəbər verir ki, dünyanın ən sürətlə yayılan variantının ilk dəfə aşkarlandığı və xəstələrin gözlərinin oyulmasına səbəb olan qara göbələyin minlərlə insana təsir etdiyi Hindistandan daha bir qorxulu xəbər var.
Hindistanın şimalındakı sirli xəstəlik, son bir həftə ərzində əksəriyyəti uşaqlar olmaqla 50 nəfərin ölümünə səbəb olub və dünyanın ən çox əhalisi ikinci ölkəsindəki çaxnaşma bütün dünyaya yayıldı.
Uttar Pradeş əyalətində yüzlərlə insan yüksək hərarət, baş ağrısı, susuzluq və ürək bulanması şikayətləri ilə xəstəxanaya müraciət etdi, bəzilərinin qollarında və ayaqlarında qızarıqlıq var idi.
BBC xəbər verir ki, Uttar Pradeş əyalətinin şimalındakı bəzi şəhərlərdə bir həftədir uşaqlar səhər saatlarında yüksək qızdırma və tərlə oyanırlar.
Elm adamları xəstələrin niyə öldüyünü araşdırır. Həkimlərin dediyinə görə, ağcaqanad dişləməsi ilə ötürülən denge, ehtimal ki, ölüm səbəbi ola bilər.
Firuzabad bölgəsində çalışan böyük səhiyyə işçisi Dr. Neeta Kulshrestha, xəstəxanaya gətirilən uşaqların çox tez öldüyünü bildirir.
Ölən 50 xəstədən heç birində koronavirus testi pozitiv çıxmamışdı. Təkcə Firuzabadda keçən həftə 32 uşaq sirli xəstəlik nəticəsində dünyasını dəyişib.
Firuzabadda bir gündə 12 uşaq öldü, bölgədəki tibb məktəbində müalicə alan 135 uşaqdan 72 -nin vəziyyəti ağırdır və həyatları üçün mübarizə aparırlar.
Əsrlərdir tropiklərdə görünən denge qızdırması Hindistanda dörd fərqli növdə yayılıb. Dişi ağcaqanadlar tərəfindən ötürülən xəstəlik xüsusilə uşaqlara təsir edir.
Rəsmi rəqəmlərə görə, koronavirus epidemiyasının ən çox ölümə səbəb olduğu üçüncü ölkə olan Hindistanda sirli xəstəlik səbəbiylə ölkənin ən çox əhalisi olan Uttar Pradeşdə çaxnaşma baş verir.
Aytac Aslan
















