• Bakı C

    8.35 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Siyarto: Aİ liderləri Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər

DÜNYA

15 Dekabr 2025 | 11:52

Siyarto: Aİ liderləri Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər

Avropa İttifaqı (Aİ) liderləri Ukraynadakı münaqişənin həlli üçün danışıqları yenidən pozmağa çalışır və bütün Avropanı Rusiya ilə müharibəyə sürükləmək niyyətindədirlər. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşünə gedərkən edib.

O hesab edir ki, hazırda baş verənlər 2022-ci ildə İstanbulda Rusiya-Ukrayna danışıqlarından sonra baş verənlərlə və 15 avqust 2025-ci ildə Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən görüşdən sonra baş verənlərlə eynidir: "Avropalılar, Brüsseldəki rəsmilər və Qərbi Avropa siyasətçiləri sülh danışıqlarını pozmaq istəyirlər. Qərbi Avropa siyasətçiləri indi demək olar ki, açıq şəkildə təxribatlar törədir və bütün Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər".


SON XƏBƏRLƏR

14 Dekabr 2025