Silah istehsalı ilə məşğul olan bir neçə şirkət bu ilin sonunda smart silahları satışa çıxaracaqlarını elan edib.
Bakıvaxtı.az xəbər verir ki, LodeStar Works adlı şirkət artıq 9 mm kalibrli smart tapançanı təqdim edib. SmartGunz adlı şirkət bu məsələ ilə bağlı radiotezlikli identifikasiya əsasında yaradılmış məhsulunu təklif edir. Biofare şirkəti isə barmaq izi skanı texnologiyasına sahib silahın hazırlanmasına köklənib. Smart silahın əsas məğzi kənar şəxsin ondan istifadə edə bilməməsindədir.
Tərtibatçıların sözlərinə əsasən bu cür texnologiyaların silah sahəsinə inteqrasiya edilməsi öz növbəsində bəzi bədbəxt hadisələrin qarşısını almaqda yardımçı olacaq. Məsələn elə hallar olur ki, uşaqlar valideynlərinin xəbərləri olmadan onların silahlarını əldə edirlər və nəticədə özlərinə zərər yetirirlər.
Bu cür tenxologiyalar həmçinin həbsxana gözətçiləri və polislər üçün də faydalı olacaqlar. Belə ki, əgər cinayətkar hansısa üsul ilə qanun təmsilçisinin silahını əldə etsə də o ondan istifadə edə bilməyəcək.
Ümumilikdə isə silah oğurluğu öz mənasını itirəcək. Belə ki, oğurlanmış silahdan istifadə etmək mümkün olmayacaq. Bir çox hallarda müxtəlif identifikasiya üsulundan istifadə məsləhət görülür. LodeStar Works şirkəti öz diqqətini məhz bu cür silahın hazırlanmasına yönəldib. Sözügedən şirkətin 9 mm kalibrli tapançasına barmaq izi skanı texnologiyası inteqrasiya edilib və bundan əlavə olaraq silah Bluetooth vasitəsilə xüsusi smartfon tətbiqinə qoşulur. Silahda olan üçüncü təhlükəsizlik səviyyəsi isə rəqəmsal PIN kodun daxil edilməsidir.
Beləliklə, sözügedən tapançanı bir neçə istifadəçi üçün identifikasiyadan keçirtmək mümkündür.
















