• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Üzərində marixuana şəkli, tərkibində isə xaşxaş var - Bakıda belə bir içki satılır - VİDEO

CƏMİYYƏT

17 Fevral 2022 | 00:40 | Müəllif: Qalib İbrahimoğlu

Üzərində marixuana şəkli, tərkibində isə xaşxaş var - Bakıda belə bir içki satılır - VİDEO

Paytaxt mağazalarının birində üzərində narkotik vasitə olan marixuananın şəkili olan içki satılır. Hətta içkinin üzərində tərkibini bildiriən etiketdə də  vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub. Bəs içkinin satışa bu şəkildə çıxarılması düzgündürmü? 

Bakıvaxtı.az xezerxeber.az-a istinadla bildirir ki, üzərində açıq şəkildə marixuana bitkisinin şəkili var. Bütün içkilərlə bərabər vitrinə qoyulub açıq şəkildə satışı həyata keçirilir.

3 manat 89 qiəpiyə satılan, alman istehsalı olan bu içikinin üzərində tərkibini bildiriən etiketdə də  vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub.

Mağazadan bildirilib ki, içki dövlət qurumlarından alınan rəsmi  sənədlər əsasında satışa çıxarılıb. 

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, məsələ dövlət qurumu tərəfindən qeydiyyata alınıb və bununla bağlı araşdırma aparılacaq.

Qida ekpertləri isə bildirir ki, məhsulun üzərində açıq şəkildə "xaş xaş" bitkisinin olması onu tərkibində bu maddədən istifadə olunduğunu göstərir. Bu isə istehlakçılarının hüququnu pozmur. Amma burda olan incə detal bu maddənin həmin məhsulun tərkibində hansı formada və hansı ölçüdə istifadə olunmasıdır.

Ekspert Fuad Ağayev bildirib ki, əgər müayinə zamanı həmin maddənin ölçüsü 0,3 faizdən çox olarsa bu, birbaşa həmin standartların pozulması və bu məhsulun psixostimulyatora aid olduğunu göstərəcək. Yox əgər tərkibdəki xaş xaşın miqdarı 0,3 faizdən aşağı olarsa bu sadəcə qida əlavəsi sinifinə aid olur və istifadəsində heç bir qadağa yoxdur. hətta bir çox ölkələrdə spirtli içkilərdən tutmuş digər qida tərkiblərində də yağ formasında xaşxaşdan istifadə olunur.

Hüquqşünaslar isə bildirirlər ki, ölkə daxilində narkotik vasitələrin satışı və dövriyyəsi qanunla qadağandır.Bu içkinin üzərində narkotik tərkibli bitkinin açıq şəkildə reklam olunması qanunla qadağandır və bunu edənlər məsuliyyət daşıyırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026