• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sabiq icra başçısının əmlakları müsadirə edildi

CƏMİYYƏT

18 Mart 2022 | 17:40 | Müəllif: Subhan Mahmudov

Sabiq icra başçısının əmlakları müsadirə edildi

Məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Biləsuvar rayonunun sabiq icra başçısına hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan əmlaklar müsadirə olunub.

Məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlakların siyahısı bunlardır.
1. Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;
2. "Audi" markalı avtomobil;
3. Bakı şəhərində yerləşən daha bir mənzil.

Bundan başqa "Dost" İş Mərkəzi tərəfindən qaldırılmış mülki iddia təmin olunub.

Qeyd edək ki, Mahir Quliyev məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR