• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Son sutkada 30 mindən çox vaksin vurulub

CƏMİYYƏT

29 Dekabr 2021 | 16:37 | Müəllif: Qalib İbrahimoğlu

Son sutkada 30 mindən çox vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 157 vaksin vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 908, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 659 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 590 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 286 004, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 163 947, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 669 820 nəfər təşkil edir.

Ümumilikdə isə 1 452 237 buster doza vurulub.


Son sutkada 30 mindən çox vaksin vurulub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026