• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda yoluxmanın PİK HƏDDİ nə vaxt ola bilər?

CƏMİYYƏT

28 Yanvar 2022 | 15:59 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda yoluxmanın PİK HƏDDİ nə vaxt ola bilər?

 Virusun azalmasını gözlədiyimiz halda, hər gün yoluxma sayında artım olur. Bəzi ölkələrdə virusun pik həddə çatdığını deyilir. Azərbaycanda yoluxmanın pik həddi nə vaxt ola bilər?

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, “omikron” ştamının ilk aşkarlandığı Cənubi Afrika Respublikasında yoluxma hallarının sayının artmağa başlamasından təxminən 1,5 ay sonra pik hədd qeydə alınmışdı: “Oxşar dinamika digər ölkələrdə də baş verib”.

Həkimin sözlərinə görə, hazırda Türkiyə demək olar ki, həmin mərhələdədir və Azərbaycanda da “Omikron”un aşkarlanmasından 2 həftə keçdiyini nəzərə alsaq, pik həddə yoluxma saylarını görməyimizə 3-4 həftə qalıb deyə bilərik: “Lakin təbii ki, bu haqda 100% dəqiqliklə proqnoz vermək mümkün deyil və bildirildiyimiz sadəcə təxmindir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026