• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Soydaşımız Las Veqasda keçirilən UFC turnirində növbəti uğurunu qazanıb

CƏMİYYƏT

17 Fevral 2025 | 17:54

Soydaşımız Las Veqasda keçirilən UFC turnirində növbəti uğurunu qazanıb

ABŞ-nin Nevada ştatının Las Veqas şəhərində "UFC Fight Night" 251 turniri keçirilib.

Bakıvaxtı.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, turnirdə qarışıq döyüş növləri üzrə Azərbaycanı təmsil edən Nazim Sadıxov UFC promouşenində növbəti qələbəsini qazanıb. Yüngül çəkidə çıxış edən azərbaycanlı döyüşçü Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.

İlk raundun sonunda həkimlər Nazim Sadıxovun rəqibinin aldığı zərbələrdən sonra döyüşü davam etdirə bilməcəyinə qərar veriblər və soydaşımız TKO (texniki nokaut) ilə qalib gəlib.

UFC-də 10-cu qələbəsini qazanan Nazim Sadıxovun döyüşdən sonrakı müsahibəsini aşağıdakı linkdə izləyə bilərsiniz:

Link


SON XƏBƏRLƏR

11 Mart 2025