• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Spiker saxta “erməni soyqırımı” iddialarını pislədi

SİYASƏT

27 Aprel 2021 | 12:06

Spiker saxta “erməni soyqırımı” iddialarını pislədi

Xocalı faciəsi kimi soyqırıma göz yumanların müəyyən siyasi məqsədlər güdərək saxta “erməni soyqırımı” ifadəsi səsləndirməsi yalnız təəssüf doğurur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

MM sədrinin sözlərinə görə, tarixi faktlar göstərir ki, Osmanlı imperiyasında ermənilərin məhv edilməsi iddiası cəfəngiyyatdan başqa bir şey deyil:

“Azərbaycan xalqı erməni şovinistləri tərəfindən dəfələrlə kütləvi qırğınlara məruz qalıb. 1918-ci ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı qəddar formada soyqırımı həyata keçirilib. Bakıda, Şamaxıda və digər ərazilərdə 50 mindən artıq dinc soydaşımız vəhşicəsinə qətlə yetirilib”.

Spiker bildirib ki, Azərbaycan hər bir məsələdə olduğu kimi bu məsələdə də qardaş Türkiyənin yanıdadır.(azvision.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026