• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Stimul Hospital”dan qadının ölümü ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

19 Mart 2024 | 16:04

“Stimul Hospital”dan qadının ölümü ilə bağlı AÇIQLAMA

“Stimul Hospital” Şirvan şəhər sakini Bahar Qasımovanın  martın 18-də baş verən ölümü ilə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az-a daxil olan açıqlamada deyilir:

“1967-ci il təvəllüdlü xəstə 07.03.2024-cü il tarixdə ürək bulanma, tək-tək qusma, göbək altı nahiyədə ağrılar, arıqlama şikayətləri ilə hospitala müraciət edib. Həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb.

09.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Kilinikası”nda qastrofibroskapiya müayinəsindən keçib.

11.03.2024-cü tarixdən başlayaraq 18.03.2024-cü il tarixədək xəstəyə ambulator şəraitdə antianemik müalicə tətbiq olunması üçün sistemlər köçürülüb, sistemlərin heç bir əlavə təsiri olmayıb.

18.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Klinikası”nda ağciyərin rentgeni müayinəsindən keçib, həmin tarixdə sistem köçürülməsi üçün hospitala gəldikdən sonra sistem köçürülən zaman xəstənin vəziyyəti anidən pisləşib. Xəstəyə dərhal reanimasion tədbirlər (süni tənəffüs, ürək masajı, adrenalin inyeksiyası) görülüb. Yarım saatdan artıq aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb".

Baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq.


SON XƏBƏRLƏR

26 Aprel 2024