• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Stoltenberq “Vaqner” barədə DANIŞDI

DÜNYA

28 Iyun 2023 | 22:53

Stoltenberq “Vaqner” barədə DANIŞDI

“Düşünürəm ki, Rusiyada gördüklərimizlə ilə bağlı yekun nəticəyə gəlmək hələ tezdir. Bununla belə, hadisələri yaxından izləyirik. Artıq alyansın şərq hissəsində hazırlığımızı və hərbi mövcudluğumuzu artırmışıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vilnüs Sammitinə hazırlıq çərçivəsində Haaqa şəhərində NATO-nun yeddi müttəfiqinin liderləri ilə işçi naharda görüşündən sonra mətbuat konfransında deyib.

Stoltenberq “Vaqner”in lideri Yevgeni Priqojinlə bağlı suala belə cavab verib: “Məncə, bu qüvvələrin hara gedəcəyini və ya hamısının Belarusa gedəcəklərini dəqiq söyləmək hələ tezdir”.

Qeyd edək ki, gələn ay Vilnüsdə NATO Sammiti keçiriləcək. Sammitdə NATO regionunda artan təhlükə və Ukrayna ilə münasibətlər müzakirə ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026