• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Həccə getmək üçün yığdığı pulu böcəklər yedi

DÜNYA

28 Iyul 2023 | 19:03 | Müəllif: Subhan Mahmudov

Həccə getmək üçün yığdığı pulu böcəklər yedi

Yaşlı qadın illərlə pul yığıb, amma gözlənilməz səbəbdən pullarını itirib.

Bakıvaxtı.az bildirir ki, hadisə Malayziyada baş verib. Yaşlı qadın 2024-cü ildə Məkkəyə Həcc ziyarətinə getmək üçün pul yığmağa başlayıb. O, pulunu karton ayaqqabı qutusunda saxlamaq qərarına gəlib.

Nəvəsinin sözlərinə görə, nənəsi 30 min Malayziya rinqiti (təxminən 6,6 min ABŞ dolları) toplaya bilib. Lakin termitlər pulun bir hissəsini yararsız hala salıb.

Nəvəsi qismən salamat qalan pulu Malayziya Mərkəzi Bankına aparmaq istəyir. Onların dəyişə biləcəyinə ümid edir./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026