• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Stressdən qaçmağın yolu varmı?

CƏMİYYƏT

26 May 2023 | 12:41 | Müəllif: Qalib İbrahimoğlu

Stressdən qaçmağın yolu varmı?

Hər birimiz həyatımızın bir və ya bir neçə mərhələsində stress yaşaya bilərik. Çoxumuz gündəlik həyatımızda güclü stress keçiririk. Bu isə istər-istəməz gündəlik və iş həyatımıza təsirini göstərir. Bəs stressdən qaçmağın yolu varmı?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan psixoloq və zehinə əsaslanan stressin azaldılması (MBSR) müəllimi Zümrüd Ələkbərova bildirib ki, ümumiyyətlə, iki cür stress yaşanır: kəskin və xroniki. Onun sözlərinə görə. bunun hansının bizdə mövcud olduğunu bilmək üçün, psixoterapevtə müraciət etmək məsləhətdir:

Stress və gərginliyi azaltmaq üçün müxtəlif metodlar var. Məsələn, aşağıdakıları buna misal kimi göstərə bilərik:

1. Fərqindəlik - dayanmalıyıq və düşünməliyik ki, bizdə nə baş verir? Özümüzün fərqinə varmalıyıq. Olub, bitənə diqqət etməliyik. Bədənimizə nəzarət etməliyik. Nə kimi dəyişim baş verirsə fərqinə varmalıyıq. Əgər üzərinə düşməsək, bu, zamanla artır.

2. Emosional dəyişim - emosilarımıza baxmalıyıq görək ki, nə kimi dəyişim yaşanır. Dayanıb stress anında özümüzə sual verməliyik. Biz nə edirik? Nə baş verib? Niyə belə reaksiya veririk? Bir sözlə, özümüzü sakitləşdirib, ələ almağı bacarmalıyıq. Duygu ve emosiyalarımıza sahib çıxmalıyıq.

3. Fiziki aktivlik - gərginlik və stress atmağın daha bir möhtəşəm variantı idmandır. Bədənimiz, bəzən stressdən tutula bilər. Sinir sistemini açmaq üçün, gün ərzində piyada gəzmək, yaxud da fitneslə məşğul olmaq gərginliyi azaltmağın yollarından biridir. Açıq havada zaman keçirmək, insanın sakitləşməsinə böyük dəstək olur.

4. Diqqət yönləndirmə - daha bir variant da diqqətimizi idarə etməkdir. Tutaq ki, əsəbi anımızdayıq, o an dayanıb bir anlıq fikrimizi başqa yerə yonəltməyi bacarmalıyıq.

Müsahibimiz bildirib ki, yeniliyə açıq olmaq, təcrübələr etmək, beynimizi inkişaf etdirmək, meditasiya, idmanla məşğul olmaq, hobbiləri həyata keçirmək, hər xırda problemi düşünüb beynimizdə böyütməsək, stressdən azad ola bilərik: “Gərginliyimizin azaldığını şahidi ola bilərik. Lakin bəzən insanlar zaman tapıb, bunları edə bilmir. O zaman psixoterapevtə müraciət edib, məsələnin kökündə dayanan problemi öyrənib, ondan sonra, həkim məsləhəti ilə stress və gərginlikdən azad ola bilərik".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR