Tez-tez iri marketlərdə müxtəlif endirim kampaniyaları keçirilir. Hətta əvəlcədən elan verilərək məhdud günlər də müəyyən edilir. Marketlərin “endirim” adı altında istehlakçıların hüquqlarını pozmaları geniş yayılmış dələduzluq üsuludur. Piştaxtada malın əvvəlki qiyməti ilə endirimli qiymətini qeyd edib, müştəriləri cəlb edirlər, kassaya çatanda məlum olur ki, elə əvvəlki qiymət qüvvədədir. Müştəri çox alış-veriş edəndə bunun fərqinə varmır, sonradan qəbzə baxanda, heç bir endirim edilmədiyinə şahid olur.
Bakıvaxtı.az xəbər verir ki, “Azərsun Holdinq” MMC-yə daxil olan şirkətlərindən biri olan “AL Market” mağazalar şəbəkəsində “endirim” adı ilə təklif edilən qiymət əvvəlki qiyməti ilə eynidir.
Belə ki, endirim kağızında qeyd edilən qiymətlə rəf etiketindəki qiymət (barkod, marka adı, ölçü vahidi miqdarı eynidir) arasında fərq yoxdur.
Satıcılar rəfə “endirim” qiyməti etiketini yapışdırıb, amma rəf etiketini dəyişməyi unudublar.
İbRa







jpg-1690274207.webp)

jpg-1690273594.webp)




jpg-1690271338.webp)




