• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bakıda məşhur gecə klubunda insident

CƏMİYYƏT

25 Iyul 2023 | 11:21

Bakıda məşhur gecə klubunda insident

Bakıda gecə klublarının birində insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Abşeron rayon sakini, 31 yaşlı G.Əhmədova gecə saat 04:15 radələrində polisə zəng edərək tanışının onu və daha bir neçə nəfəri ölümlə hədələdiyini bildirib.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən klubdan zəng edən şəxsin sözlərinə görə, orada olan Sadiq adlı şəxs bıçaq götürərək onu və klubda olan digər şəxsləri öldürəcəyini deyib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. 1987-ci il təvəllüdlü Sadiq Süleymanov saxlanılıb.

Faktla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026