• Bakı 18° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Sülhə gedən yol açıqdır, amma... - Paşinyanın iradəsizliyi prosesi ləngidir

SİYASƏT

18 Aprel 2024 | 10:52

Sülhə gedən yol açıqdır, amma... - Paşinyanın iradəsizliyi prosesi ləngidir

Ermənistan baş naziri Nikol Paşinyan Bakı ilə razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib.

Baş nazirin sözlərinə görə, bunlar 1991-ci il dekabrın 21-də Qazaxıstanın Almatı şəhərində qəbul edilmiş bəyannamənin prinsipləri əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, o cümlədən regional kommunikasiyaların dövlətlərin suverenliyi və yurisdiksiyasına hörmət, qarşılıqlılıq və bərabərlik əsasında blokadadan çıxarılması ilə bağlıdır. Paşinyan dəhliz məsələsində Ermənistan hökumətinin təqdim etdiyi “Sülh qovşağı” layihəsinə istinad etdiklərini vurğulayıb.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Bakıvaxtı.az-a deyib ki, Azərbaycan və Ermənistan arasında sülhə gedən yol açıqdır.

Onun sözlərinə görə, problem ondadır ki, İrəvan hökuməti bu açıq yolla irəliyə doğru getmək iqtidarında deyil:

"Sülhün əldə olunmasına, müqavilənin bağlanmasında yeganə maneə Ermənistan hökumətinin qeyri-müəyyən, dəyişkən mövqeyidir. Baş nazir Nikol Paşinyan özü də, hökumət üzvləri də gün ərzində 5 dəfə fikirlərini, mövqelərini dəyişirlər. Paşinyan bir sıra məsələlərlə bağlı dəfələrlə "hə" deyib, ancaq qısa müddət sonra dediyindən dönüb, təkzib edib. Mövqelərini çox tez-tez dəyişirlər”.

Asim Mollazadə: İrəvan hökuməti bu açıq yolla irəliyə doğru getmək iqtidarında deyil

Müsahibimizə görə, problem isə ondadır ki, Paşinyan hər platformaya uyğun fikirlər səsləndirir, hamının xoşuna gəlməyə çalışır. Beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa səy göstərir:

“Ona görə də İrəvan hökumətinin başçısının sözlərinə inam itib. Amma yenə deyirəm, sülh üçün böyük imkanlar mövcuddur. Sadəcə olaraq Paşinyanın iradəsi yoxdur. O səbəbdən sülhün imzalanması reallaşmır".

Aydın Baxış


SON XƏBƏRLƏR