• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Sumqayıtda gənc qadın ərini BIÇAQLADI - YENİLƏNİB

HADİSƏ

16 Dekabr 2024 | 09:50 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıtda gənc qadın ərini BIÇAQLADI - YENİLƏNİB

Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, dekabrın 15-də saat 16 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazindəki evlərin birində 1988-ci il təvəllüdlü E.Quliyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən onun arvadı 2000-ci il təvəllüdlü N.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

***

09:02

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyeva bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR