• Bakı 27° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Cəlilabadda narkotik əməliyyatı - saxlanılan var

HADİSƏ

15 Yanvar 2025 | 09:34

Cəlilabadda narkotik əməliyyatı - saxlanılan var

Cəlilabadda 10 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı 28 yaşlı Hüseyn Cəfərov saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026