• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Sumqayıtda gözəllik salonu YANDI

HADİSƏ

31 Mart 2022 | 10:04 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıtda gözəllik salonu YANDI

Sumqayıtda yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Məlumata görə, ümumi sahəsi 15 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, yaxınlıqda ümumi sahəsi 15 m² olan birmərtəbəli geyim mağazasının lambirindən ibarət üzlüyü və içərisindəki mallar yanıb. Yüksək temperaturdan yaxınlıqda olan beşmərtəbəli yataqxana binasının xarici divarından keçən plastik su və kanalizasiya boruları 20 p.m əriyib. Yataqxana binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR