• Bakı 22° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Sumqayıtda quldurluq edənlər tutulub

HADİSƏ

08 Aprel 2021 | 18:29

Sumqayıtda quldurluq edənlər tutulub

Sumqayıt şəhərində quldurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət edən Kimyaçılar qəsəbə sakini A.Əsgərov aprelin 7-də qəsəbə ərazisində 2 nəfərin onu döyüb mobil telefonunu aldıqlarını bildirib.

Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qasımov və A.Səlimli polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR