• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sumqayıtda şəhid polkovnikin abidəsi açılıb - FOTO

CƏMİYYƏT

11 Aprel 2021 | 15:39

Sumqayıtda şəhid polkovnikin abidəsi açılıb - FOTO

Sumqayıt şəhərinin 42-ci məhəlləsində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin komandir müavini polkovnik-leytenant CəfərovRamiz Sübhan oğlunun adına abidənin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət himni səsləndi, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda həyatlarını itirən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu, abidənin açılışı edildi, önünə gül-çiçək dəstələri düzüldü. Şagirdlərin ifasında şəhidlərimizə həsr olunan şeirlər söylənildi. Abidənin açılışında şəhidin yaxınları, şəhər ictimaiyyəti, hərbçilər iştirak ediblər.

Qeyd edək ki, polkovnik-leytenant Cəfərov Ramiz Sübhan oğlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Allah şəhidlərin ruhun şad etsin!


Sumqayıtda şəhid polkovnikin abidəsi açılıb - FOTOSumqayıtda şəhid polkovnikin abidəsi açılıb - FOTOSumqayıtda şəhid polkovnikin abidəsi açılıb - FOTOSumqayıtda şəhid polkovnikin abidəsi açılıb - FOTOSumqayıtda şəhid polkovnikin abidəsi açılıb - FOTOSumqayıtda şəhid polkovnikin abidəsi açılıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR