• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sumqayıtda yaşayış binası yandı: 5 nəfər təxliyə edildi - YENİLƏNİB

HADİSƏ

25 Sentyabr 2024 | 00:05 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda yaşayış binası yandı: 5 nəfər təxliyə edildi - YENİLƏNİB

Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd elektrik açarı, 1 ədəd su sayğacı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

22:40

Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonda qeydə alınıb.

Əraziyə FHN-in əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Hadisənin səbəbi araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026