Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb və 2 xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.






jpg-1732354461.webp)




jpg-1732340674.webp)




