• Bakı 22° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Sumqayıtda zavoddakı yanğında 1 nəfər xəsarət aldı

CƏMİYYƏT

13 Iyun 2023 | 14:46

Sumqayıtda zavoddakı yanğında 1 nəfər xəsarət aldı

 iyunun 13-də “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.

“SOCAR Downstream Management” MMC-dən Bakıvaxtı.az-a verilən məlumatda bildirilib ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.

Bildirilib ki, yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub:

“Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir. Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb”.

Rəsmi məlumata görə, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026