• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Suriyada yeni baş nazir TƏYİN EDİLDİ

DÜNYA

10 Dekabr 2024 | 17:15

Suriyada yeni baş nazir TƏYİN EDİLDİ

Suriyada müvəqqəti hökumətə yeni rəhbər təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən vəzifəyə “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culaninin müttəfiqi Məhəmməd əl-Bəşir gətirilib.

O, keçid hökumətinin prioritetlərinin “təhlükəsizlik sektorunda nəzarət, xidmətlərin göstərilməsi və hakimiyyətin mərhələli keçidinin təmin edilməsi” olduğunu bildirib.

Məhəmməd əl-Bəşir İdlib əyalətini idarə edən Suriya Xilas Hökuməti adlanan quruma rəhbərlik edib.

“Bizə 2025-ci il martın 1-dək Suriya hökumətinin işlərini idarə etmək tapşırılıb”, – Məhəmməd əl-Bəşir müraciətində bildirib.


SON XƏBƏRLƏR

18 Aprel 2025