• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sürücü avtomobili təmir edərkən ağır xəsarət aldı

HADİSƏ

14 Dekabr 2022 | 00:36 | Müəllif: Subhan Mahmudov

Sürücü avtomobili təmir edərkən ağır xəsarət aldı

Sabirabadda sürücü avtomobili təmir edərkən başına dəmir parçası düşüb, ağır xəsarət alıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Nərimankənd kənd sakini, 1984-cü il təvəllüdlü Həsənov Elvin Kamil oğlu idarə etdiyi avtomobilin təkərini təmir edərkən, təkərdən çıxan dəmir parçası başına zərblə çırpılıb. Başının sağ hissəsi parçalanmış yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki nevroloji xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026