• Bakı 23° C

    4.75 m/s

Komanda yenidən “Şuşa” adlanacaq! - Erməninin arzusu gözündə qaldı - YENİLƏNİB

MƏDƏNİYYƏT

23 Yanvar 2022 | 22:56 | Müəllif: Qalib İbrahimoğlu

Komanda yenidən “Şuşa” adlanacaq! - Erməninin arzusu gözündə qaldı - YENİLƏNİB

"Aleksandr Maslyakov - kiçiklə danışıqlarda şərt qoyduq ki, ya komandanın adını qaytarırıq, ya da yarışı tərk edirik. Nəticədə məqsədimizə nail olduq".

Bakıvaxtı.az xəbər verir ki, bunu oxu.az-a komandanın prodüseri Müşviq Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanın şən və hazırcavabları bundan sonra “Şuşa” komandası olaraq Sankt-Peterburq ŞHK Liqasında çıxış edəcək.

 

Xatırladaq ki, bundan əvvəl Soçidə hər il keçirilən festivala yollanan və birinci mərhələdən uğurla keçən “Şuşa” ŞHK komandası ikinci mərhələdə adını dəyişmək məcburiyyətində qalıb.

Bu xəbər azərbaycanlı sosial şəbəkə istifadəçilərinin hiddətinə, ermənilərin isə sevincinə səbəb olub. Vətəndaşlarımız qeyd ediblər ki, komandanın adını dəyişməkdənsə, ŞHK-dən ayrılmaq daha yaxşıdır.

***

14:13

Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşviq Abbasov ad dəyişikliyi barədə danışıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı Baku TV-yə açıqlama verən M.Abbasov bildirib ki, birinci turdan sonra iclas olub və komandanın adının dəyişdirilməsi tələbi bu iclasda irəli sürülüb. Onun sözlərinə görə, iclasda redaktorlardan biri hansı komandaların ikinci turda iştirak edəcəyini detib: "O bildirdi ki, “Şuşa” komandası yalnız adını dəyişdikdən sonra iştirak edə bilər. Bununla bağlı həmin redaktora milliyətcə erməni olan Ruben Caqinyan adlı şəxs deyib. Dedim ki, bu qərarı tədbirin sahibi versin. Ona görə adımızı ikinci turda iştirak etmək üçün müvəqqəti dəyişdirdik. İkinci turdan sonra etiraz etdim. Tədbirin sahibinə dedim ki, axı biz festival üçün qeydiyyatdan “Şuşa” adı ilə keçmişik" deyən Abbasov bildirib ki, komandanı ikinci tura adını  dəyişdirmək şərti ilə buraxıblar.

"Amma “Şuşa” adı ilə davam etməliyik. Sonra həmin sənədləri göstərdim. Söylədi ki, buna görə başları ağrıya bilər və sair. Söylədim ki, o zaman biz rəsmi olaraq çıxışdan imtina edirik. Bunu dedim, otaqdan çıxmağa hazırlaşdım. Məni saxladı ki, biz yenə müzakirə edək, axşam yekun qərarı söyləyəcəyik. Biz də cavab gözləyirik”.

Qeyd edək ki, komandanın adı dəyişdirilərək “Buta” ilə əvəzlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026