• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Şuşada daha bir mötəbər idman yarışı başlayır

İDMAN

12 Iyun 2023 | 09:19

Şuşada daha bir mötəbər idman yarışı başlayır

Bu gün 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, açılış oyununda saat 13:00-da Almaniya və Türkiyə yığmaları üz-üzə gələcəklər. Azərbaycan kollektivi qrupdakı ilk oyunu saat 14:15-də Macarıstana, “Neftçi” klubu isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.

Ümumilikdə, turnirdə səkkiz komanda iki qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Rumıniya, Türkiyə yığmaları və “Neftçi” klubu, B qrupunda Niderland, Macarıstan, Azərbaycan milliləri və Yaponiyanın “G FLOU” klubu yer alıb.

Birinci yeri tutanlar birbaşa yarımfinala yüksələcəklər. İkinci və üçüncü pillələrin sahibləri isə bir-biriləri ilə 1/4 final oynayacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026