Türkiyənin "Beşiktaş" klubu FIFA və UEFA-nın mümkün hüquqi maneələri səbəbindən Rusiyanın "Qazprom" şirkəti ilə sponsorluq müqaviləsi imzalamayıb.
Bakıvaxtı.az "Axşam"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi əvəzində "Emirates"lə anlaşıb və üç illik müqavilə imzalanacağı gözlənilir.
"Qara qartallar" şirkətin adının stadiona verilməsi üçün 27 milyon avro, formada yer alması üçün 5 milyon avro alacaq.
















