Türkiyəli məşhur futbolçu Arda Güler şəxsi həyatı ilə gündəmə gəlib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçunun ötən günlərdə yanında görüntülənən xanımın kimliyi məlum olub. Belə ki, həmin şəxsin basketbolçu Duru Nayman olduğu ortaya çıxıb.
Onların eşq yaşadıqları iddia olunur.
Qeyd edək ki, ötən günlərdə gənc futbolçu "Fənərbaxça"dan "Real Madrid" futbol klubuna transferi ilə adından söz etdirib.
Xəyalə Rza


















