• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa çempionatı: Daha iki cüdoçusumuz medal qazandı

İDMAN

09 Avqust 2023 | 14:23 | Müəllif: Qalib İbrahimoğlu

Avropa çempionatı: Daha iki cüdoçusumuz medal qazandı

Azərbaycanın daha iki paracüdoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Paralimpiya Komitəsindən bildirilib.

Verilən məlumata görə, qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.

Qeyd edək ki, ötən gün Azərbaycanın digər paracüdoçuları Şəhanə Hacıyeva (48 kq) qitə birinciliyinin qalibi olub, Namiq Abaslı (73 kq) isə gümüş medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026