• Bakı 15° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

DƏHŞƏT! Ana qızını 11 yaşında ərə verib

CƏMİYYƏT

02 Noyabr 2023 | 19:30 | Müəllif: Subhan Mahmudov

DƏHŞƏT! Ana qızını 11 yaşında ərə verib

"Təsir dairəsi" verilişində qan donduran faktın üstü açılıb. 

Bakıvaxtı.az xəbər verir ki, veriliş iştirakçılarından olan Pərinin 11 yaşında zorla ərə verildiyi məlum olub. Studiyada olan ana bu fikirlərə qarşı çıxsa da, qızı onun yalan danışdığını bildirib: "11 yaşımda ailə həyatı qurmuşam, onda da gəlinlik geyinmişəm". 

Faktın təsirindən çıxa bilmədiyini deyən teleaparıcı Pərinin anasını şiddətli şəkildə tənqid edib: "Bu qızın əyninə 3 dəfə zorla kəfən (gəlinliyi nəzərdə tutur - red.) geyindirilib. Onu buna məcbur ediblər. Təsəvvür edirsiniz? Mən dünən gecədən yatmıram".  

Lalə Azərtaş sonda valideyinlərə səslənib: "Buradan da hamıya mesaj olsun, 11 yaşında ərə verilən uşaq heç vaxt uşaq saxlaya bilmir".

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR