• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Şimali və Cənubi Koreya arasında MÜHARİBƏ RİSKİ…

DÜNYA

17 Yanvar 2024 | 20:54

Şimali və Cənubi Koreya arasında MÜHARİBƏ RİSKİ…

 Şimali Koreya Cənubi Koreya ilə birləşməyə çalışan agentlikləri ləğv edib.

Bakıvaxtı.az Fransanın “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi agentliyi “KCNA” məlumat verib. Agentliyin məlumatına görə, qərar Şimali Koreya parlamenti tərəfindən elan edilib. Xəbərdə deyilir ki, bu qərar ölkə lideri Kim Çen Inın Cənubi Koreya ilə barışıq və ya yenidən birləşməyə çalışmağın “səhv” olacağını deməsindən həftələr sonra baş tutub.

Vəziyyəti dəyərləndirən Lill Katolik Universitetində Tarix üzrə müəllim, “IRIS”-də tədqiqat direktoru və Asiya-Sakit okean proqramının rəhbəri Bartelemi Kurmon qeyd edib ki, bu, çox pis siqnaldır:

“Şimali və Cənubi Koreya arasında alovlanma riski Tayvan və Çin arasında olduğundan daha yüksəkdir. Bu, çox pis xəbərdir. 2018-ci ildə açılan bu agentliklərin rolu yenidən birləşməyə deyil, Seul və Pxenyan arasında sakitləşməyə nail olmaq idi. Bu qurumların bağlanması onu göstərir ki, bu ölkələr arasında bir-birinə onsuz da zəif inam daha da öləziyəcək”.

Ayyət Əhməd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026