• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Taksi fəaliyyətinə nəzarət üçün "E-taksi" alt sistemi yaradıldı

İQTİSADİYYAT

02 Aprel 2024 | 18:00

Taksi fəaliyyətinə nəzarət üçün E-taksi alt sistemi yaradıldı

Taksi fəaliyyətinə nəzarət üçün "E-taksi" alt sistemi yaradılıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

"Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək. Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.


SON XƏBƏRLƏR

26 Iyul 2024