• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tanınmış aktyor çayçı işləyir

MƏDƏNİYYƏT

11 Yanvar 2024 | 10:01

Tanınmış aktyor çayçı işləyir

“Maddi vəziyyətimi düzəltmək üçün çayçı işləyirəm”.

Bunu Bakıvaxtı.az-a ötən ilin dekabrında İrəvan Dövlət Azərbaycan Dram Teatrındakı işindən ayrılan aktyor Anar Bulud deyib.

Teatrdan incidiyini deyən A.Bulud, baş verənlərdən üzüldüyünü bildirib: “Atam da aktyordur. Gözümü açandan bu sənətin içində olmuşam. Yeddi il İrəvan teatrında işləmişəm. Amma indi...”

Teatrdan ayrılandan sonra çayxanada işləyən aktyor buna məcbur olduğunu deyir: “Maddi vəziyyətimi düzəltmək üçün çayxanada işləyirəm. Söhbət çox uzanır. Kimsə bu haqda soruşduqda artıq danışmaq istəmirəm. Bilmirəm, ədalət öz yerini tapacaq, ya yox, hər halda Allah kor deyil. Hələ ki əlimdən heç nə gəlmir”.

Günəş Mərd​​​​​​


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026