Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20.04.2025-ci il tarixində saat 14:50 radələrində Binəqədi rayonu, “Tayqa” ticarət obyekti ərazisindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Verilən məlumata görə, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən 24 yaşlı şəxs (kişi cinsli) qabırğanın dəqiqləşməmiş sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospital olunub.
Mina Mikayılova