• Bakı 15° C

    1.99 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Təcili yardım maşını qəzaya uğradı - Yaralılar var

HADİSƏ

13 Mart 2025 | 20:45 | Müəllif: Subhan Mahmudov

Təcili yardım maşını qəzaya uğradı - Yaralılar var

Qəzaya gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə Babək rayonu ərazisində qeydə alınıb. Belə ki, qəza üçün çağırışa gedən 75-AC-255 dövlət nömrə nişanlı "Mercedes" markalı təcili tibbi yardım avtomobili 75-BF-044 dövlət nömrə nişanlı "Mercedes" avtomobili ilə toqquşub. Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Babək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026