• Bakı 25° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Tehrandan MAQATE-nin İran əleyhinə qətnaməsinə REAKSİYA

DÜNYA

12 Iyun 2025 | 14:44

Tehrandan MAQATE-nin İran əleyhinə qətnaməsinə REAKSİYA

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin ( MAQATE ) Rəhbərlər Şurasının təxminən 20 ildən sonra ilk dəfə qəbul etdiyi anti-İran qətnaməsinə münasibət bildirib. 

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, sənəddə Tehran ABŞ və Avropa Üçlüyü - Fransa, Almaniya və İngiltərəni İran əleyhinə qətnamə ilə mandatını siyasiləşdirməyə çalışmaqda ittiham edib.

Bildirilib ki, iyunun 12-də 35 ölkədən ibarət Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası İranın nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərini pozduğunu rəsmən bəyan edən qətnamə qəbul edib. İran əleyhinə qətnamə MAQATE-nin Rəhbərlər Şurası tərəfindən 19 lehinə səslə qəbul edilib. Üç ölkə - Rusiya, Çin və Burkina Faso əleyhinə səs verib, 11 ölkə isə bitərəf qalıb.

İran İslam Respublikası Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndiyə görə,  İran əleyhinə qətnamə qəbul olunarsa, İran MAQATE ilə əməkdaşlığı azaldacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR