• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində qaliblərə mükafatlar verildi

SİYASƏT

28 May 2022 | 16:18

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində qaliblərə mükafatlar verildi

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunmuş “Cansat Model Peyk” və “Pilotsuz Uçuş Aparatları” yarışlarının qaliblərinə mükafatlar verilib.

Bakıvaxtı.az xəbər verir ki, “Cansat Model Peyk” yarışı üzrə qalib hazırladığı peyk modelini uğurla səmaya buraxan Bakı Ali Neft Məktəbinin “İstiqlal” komandası olub.

“Pilotsuz Uçuş Aparatları” yarışı üzrə qalib isə sərbəst missiyasını dizayn etdikləri dronlarla havaya qaldıran Milli Aviasiya Akademiyasının "MockingJay” komandası elan edilib.


SON XƏBƏRLƏR