• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Telegram"da təhlükə barədə xəbərdarlıq

Multİmedia

26 Mart 2024 | 16:00

Telegramda təhlükə barədə xəbərdarlıq

Pulsuz "Telegram Premium" abunəsi təklif edən proqramda iştirak istifadəçi məlumatlarının təhlükəsizliyinə təhlükə yarada bilər. 

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir. 

Məlumata görə, "Telegram Premium" abunəliyini pulsuz əldə etməyin yeni yolunu təklif edir: sadəcə olaraq telefon nömrənizi göstərmək kifayətdir ki, hesaba daxil olmaq üçün ondan birdəfəlik parollar digər istifadəçilərə göndərilsin. 

Qeyd olunur ki, birdəfəlik parolları alanlar göndərənin telefon nömrəsini görəcəklər. "Telegram" veb-saytı bildirir ki, messencerin administrasiyası proqram iştirakçısının telefon nömrəsindən xəbərdar olan istifadəçilər tərəfindən törədilən hər hansı narahatlıq, təqib və ya zərərə görə məsuliyyət daşımır.  

"Telegram"ın birdəfəlik parol göndərmək üçün nömrədən istifadə müqabilində pulsuz Premium abunə təklif etməyə başlaması fevralın 21-də məlum olub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Aprel 2024