• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

TƏLƏSİN! AZAL  Avropaya uçuşları artırır

CƏMİYYƏT

16 Yanvar 2024 | 15:34

TƏLƏSİN! AZAL Avropaya uçuşları artırır

16 yanvar 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL mart ayından, Novruz bayramı ərəfəsindən etibarən Avropaya yerinə yetirilən
uçuşların tezliyini artırır. Biletləri indi əldə edin və Avropanın maraqlı şəhərlərinə səyahət etmək imkanını qaçırmayın.

Bakıvaxtı.az xəbər verir ki, aşağıdakı istiqamətlər üzrə reyslər qeyd olunan uçuş cədvəlinə uyğun olaraq həyata keçiriləcək:

- Barselona: çərşənbə axşamı, cümə axşamı, bazar günləri (14 martdan).

- Vyana: çərşənbə axşamı, cümə, şənbə günləri (16 martdan).

- Praqa: bazar ertəsi, cümə, şənbə günləri (16 martdan).

- Paris: çərşənbə axşamı, cümə, bazar günləri (17–29 mart), çərşənbə axşamı,
cümə axşamı, cümə, bazar günləri (31 martdan).

- Milan: bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə, bazar günləri (17
martdan).

- London (Hitrou hava limanı): çərşənbə axşamı, cümə axşamı, şənbə günləri
(14 martdan).

- London (Qetvik hava limanı): çərşənbə, cümə, bazar günləri (17 martdan).

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş
agentliklərindən əldə edə bilərsiniz.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026