İranın Elborz əyalətinin Savucbulaq şəhərində “Piper 28” təlim təyyarəsi qəzaya uğrayıb, onun axtarışları aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Bildirilib ki, təyyarə Nəzərabad şəhərindən havaya qalxıb və bir müddət sonra onun əlaqə kəsilib.
Xilasedicilər təyyarənin qəzaya uğradığı ehtimal edilən ərazilərdə axtarışlar aparır, lakin hələ ki, onun izinə rast gəlinməyib.
















