• Bakı 28° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Teymur Musayev vacib görüş keçirdi

SİYASƏT

21 Iyul 2026 | 12:36

Teymur Musayev vacib görüş keçirdi

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya (EECA) üzrə Baş Fond Portfolio Meneceri (SFPM) Valeriya Qrişeçkinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Qlobal Fond arasında səhiyyə sahəsində həyata keçirilən əməkdaşlıq layihələri, əldə olunan nəticələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Teymur Musayev Qlobal Fondun Azərbaycanda icra etdiyi layihələrin ictimai səhiyyənin inkişafına mühüm töhfə verdiyini bildirib. Nazir xüsusilə yoluxucu xəstəliklərlə mübarizə, profilaktik tədbirlərin gücləndirilməsi və səhiyyə sisteminin dayanıqlığının artırılması istiqamətində həyata keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Baş Fond Portfolio Meneceri Valeriya Qrişeçkina isə Azərbaycanda səhiyyə sahəsində aparılan islahatları, eləcə də Fondun dəstəyi ilə həyata keçirilən proqramların nəticələrini yüksək qiymətləndirib. O, gələcəkdə də əməkdaşlığın davam etdirilməsində və yeni birgə layihələrin icrasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş zamanı Qlobal Fondun dəstəyi ilə reallaşdırılan proqramların icra vəziyyəti, prioritet istiqamətlər və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edərək Azərbaycan ilə Qlobal Fond arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR