• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

"Ticarət dövriyyəsi yaxın gələcəkdə 1 milyard dollara çatacaq" - İlham Əliyev

İQTİSADİYYAT

14 Yanvar 2022 | 19:50 | Müəllif: Subhan Mahmudov

"Ticarət dövriyyəsi yaxın gələcəkdə 1 milyard dollara çatacaq" - İlham Əliyev

Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi yaxın gələcəkdə 1 milyard dollara çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Kiyevdə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən məlumat verib.

“Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir” - dövlət başçısı vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR